Xəbər Xətti

    “Tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq”

    06 Dekabr 2023

    “Erməni qoşunları təslim olan kimi əməliyyata son qoyuldu” – Dövlət başçısı

    06 Dekabr 2023

    Yağış yağıb, külək əsib – Faktiki hava

    06 Dekabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq”

      06 Dekabr 2023

      “Erməni qoşunları təslim olan kimi əməliyyata son qoyuldu” – Dövlət başçısı

      06 Dekabr 2023

      Yağış yağıb, külək əsib – Faktiki hava

      06 Dekabr 2023

      Bakı metrosunda qiymət artırılır? – RƏSMİ AÇIQLAMA

      06 Dekabr 2023

      Prezident: “Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik”

      06 Dekabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»İdman»Nuno Rodriges: “Azərbaycan çempionatı Portuqaliya ilə eyni dərəcədə cəlbedici liqadır”
    İdman

    Nuno Rodriges: “Azərbaycan çempionatı Portuqaliya ilə eyni dərəcədə cəlbedici liqadır”

    04 Oktyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Azərbaycan çempionatı Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici liqadır”.

    “Xəbər Xətti” “report”a istinadən bildirir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriges klubun mətbuat xidmətinə müsahibəsində deyib.

    Yay fasiləsində ölkəsinin “Kovilya” klubundan transfer edilən portuqaliyalı vinger Azərbaycan Premyer Liqası barədə müsbət fikirlər səsləndirib: “Premyer Liqanın öz özəlliyi var. Portuqaliya ilə müqayisədə əsas fərq burada komandaların oyun üslubunun başqa olmasıdır”.

    “Araz-Naxçıvan” Premyer Liqanın VIII turunda “Zirə”ni məhz Rodrigesin yeganə qolu sayəsində məğlub edib. Həmin qarşılaşmanı dəyərləndirən 28 yaşlı oyunçu mübarizənin gərgin alınacağını öncədən gözlədiklərini söyləyib: “Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığı buna uyğun görmüşdük. “Zirə”nin oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən, yenildiyimiz “Səbail”lə matçdan sonra mütləq qələbə qazanmaq lazım idi. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq”.

    Komandasına qələbə qazandıran hücumameyilli futbolçu özünü qəhrəman hesab etmir: “Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər neçə futbolçumuz əziyyət çəkdi. Abdulla Rzayev cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki qələbəyə kömək edə bildim, liqada ilk qolumu vurdum. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz”.

    O, komandasının cari mövsümdəki çıxışını yüksək qiymətləndirib: “Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər başverənləri təhlil etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır”.

    Nuno Rodriges IX turda “Sabah”la keçiriləcək səfər görüşündə qələbəni hədəflədiklərini əlavə edib: “İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə yollanacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və millilərin oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalda yollanaq”.

    Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu komandanın “Sabah”la matçı oktyabrın 7-də keçiriləcək.

    “Xəbər Xətti”

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Fərid Qayıbov uğur qazanan idmançılarla görüşdü – FOTO

    06 Dekabr 2023

    Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir?

    06 Dekabr 2023

    Suarez və Lionel Messi yenidən bir komandada oynayacaq

    06 Dekabr 2023

    Ən yaxşı baş məşqçi seçildi

    06 Dekabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq”

    06 Dekabr 2023

    Prezident: “Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik”

    06 Dekabr 2023

    Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

    06 Dekabr 2023

    İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir – CANLI YAYIM

    06 Dekabr 2023

    Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək

    06 Dekabr 2023

    Samuxda silah-sursat tapıldı – Foto

    06 Dekabr 2023

    Azərbaycan və İran XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

    06 Dekabr 2023

    Qəzzada ölənlərin sayı 16 min nəfəri keçdi

    06 Dekabr 2023

    Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər – VİDEO

    06 Dekabr 2023

    Nizami Kino Mərkəzi rejissorun qonorarı ilə işıq pulunu ödəyib – “Onların yerinə mən utandım”

    06 Dekabr 2023

    Sumqayıt sakini yüksək doza narkotikdən ölüb

    06 Dekabr 2023

    Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb

    06 Dekabr 2023

    Şəhidin həyat yoldaşı: “O şəhid olandan 7 gün sonra əkizlərimiz dünyaya gəldi” – VİDEO

    06 Dekabr 2023

    Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar

    06 Dekabr 2023

    Səfirimiz ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

    06 Dekabr 2023

    MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq

    06 Dekabr 2023

    İsrail Qəzzada əməliyyatların üçüncü mərhələsinə start verdi

    06 Dekabr 2023

    Altı ukraynalı uşaq Rusiyadan ölkəsinə qaytarılıb

    06 Dekabr 2023

    Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

    05 Dekabr 2023

    Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

    05 Dekabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.