Xəbər Xətti

    “Barbi” məşhur türk şirkətin siması oldu – FOTO

    06 Dekabr 2023

    FHN bu ticarət mərkəzində təlim təşkil edib – Video

    06 Dekabr 2023

    Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

    06 Dekabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Barbi” məşhur türk şirkətin siması oldu – FOTO

      06 Dekabr 2023

      FHN bu ticarət mərkəzində təlim təşkil edib – Video

      06 Dekabr 2023

      Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

      06 Dekabr 2023

      İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir – CANLI YAYIM

      06 Dekabr 2023

      Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

      06 Dekabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Paşinyanla başlamadı: Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var.. | Mübariz Əhmədoğlunun yazısı
    Fakt

    Paşinyanla başlamadı: Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var.. | Mübariz Əhmədoğlunun yazısı

    03 Oktyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Rəsmi Moskva İrəvanın hərəkətlərindən az qala şoka düşüb. Ermənistan KTMT üzvü ola-ola ərazisində ABŞ-la birgə təlim keçirdi. “Roma statutu”nu ratifikasiya etdi. Məqsəd Putin Ermənistana gələcəyi təqdirdə onu Qərbin sifarişi ilə həbs etməkdir. Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur.
    Ermənistanın 44 günlük müharibə və Qarabağ mövzularında Rusiyanı günahlandırması tamamilə yersizdir. Paşinyan 2018-ci ildə hakimiyyəti ələ alan kimi birinci addımı KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etdirmək oldu. Məqsəd KTMT-nin imicinə zərbə vurmaq idi. Paşinyanın hərəkətlərində anti-Rusiya xətti məhz o nöqtədən başlayır. Paşinyana qədər Ermənistanın prezidenti olmuş Serj Sərkisyan Rusiyanın mərkəzi qəzetlərinə verdiyi müsahibələrdə SSRİ-nin dağıdılmasında ermənilərin rolunu etiraf etmişdi. SSRİ-nin dağılmasının məhz Qarabağdan başlanması kifayət qədər əsaslandırılmış versiyalardandır. Sərkisyan prezident olarkən Moskva mətbuatına verdiyi müsahibədə SSRİ-ni “ermənilər üçün cəhənnəm” adlandırmışdı. Halbuki, dünyada olan 7 erməni milyarderin altısı Moskvada, cəmi biri – Kirk Kirkoryan ABŞ-da yaşayırdı. 1965-ci ildə kommunist ideologiyasının tam hökmran olduğu SSRİ -də ermənilər üçün dini və etnik abidə, “soyqırımı” memorial kompleksinin tikilməsi barədə qərar qəbul edilmişdi. Başqa heç bir dinə belə münasibət olmayıb. “Cəhənnəm” heç də pis yer deyilmiş… Serj Sərkisyan “Şərq Tərəfdaşlığı” layihəsinin qızğın tərəfdarı və onun anti-Rusiya xarakteri almasının təşəbbüskarı idi. O, özünü “Şimali Qafqazın açarı” kimi təqdim edirdi. Avropadan gələn dövlət rəsmiləri, yüksək səviyyəli siyasətçilər onunla Şimali Qafqazdakı vəziyyəti müzakirə edirdilər. Halbuki Şimali Qafqazın Ermənistana heç bir coğrafi və etnik aidiyyəti yoxdur. Sərkisyan “çərkəz soyqırımı”nı tanımağın bir addımlığında idi. Əgər Kreml barmağını silkələməsəydi, ermənilər “çərkəz soyqırımı”nı tanıyacaqdılar. Əslində Sərkisyanın anti-Rusiya mövqeyi də yenilik deyildi: O, sadəcə, sələfi Köçəryanın erməni hiyləgərliyi ilə pərdələnmiş xəttini yeni mərhələyə çıxarmışdı. ABŞ-ın dünyada ikinci böyük səfirlik binasını Ermənistanda tikməsinin təşəbbüskarı Köçəryan idi. O, binanın layihəsini şəxsən özü seçmiş, ABŞ-ın ayırdığı büdcə vəsaiti yetməyəndə erməni iş adamlarından pul toplamışdı. O dövrdə Rusiya “Sibir” aviaşirkətini əsas aviadaşıyıcısı kimi Ermənistana göndərmişdi. Köçəryan vergi yoxlamaları ilə bu aviaşirkəti elə hala saldı ki, “Sibir” üzr istəyib, Ermənistanı tərk etdi. Ölkənin yanacaq sektorunun Rusiyanın nəzarətindən çıxarılıb, Rumıniyanın təsiri altına keçməsi də belə baş verdi. Bu proseslərə Bakı ermənisi, Köçəryanın çox yaxın dostu olmuş Mika Baqdasarov başçılıq edib. “Armavia” və “Fleş” kompaniyalarını da o yaratmışdı. “Armrosqazprom”da Rusiyanın payının Ermənistanın xeyrinə azaıdılması da Köçəryanın dövründə başladı. Bu addımları atarkən o ilk növbədə erməni hiyləgərliyinə və Rusiya elitasındakı ermənilərə arxalanırdı. Müttəfiq respublikalar arasında sovet ordusunu ərazisindən ilk çıxaran ermənilər olmuşdu. Sadəcə, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycan ordusu Xankəndiyə yaxınlaşanda Levon Ter-Petrosyan Yeltsinə yalvararaq, indiki 102-ci hərbi bazanın Ermənistanda qalmasına nail oldu. Spitak zəlzələsi zamanı SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov Ermənistana o vaxtkı büdcəsinin 2-3 misli qədər – təxminən 6-7 milyard dollar pul ayırmışdı. Sonradan bəlli oldu ki, həmin vəsait Spitak zəlzələsinin fəsadlarının aradan qaldırılmasına deyil, Qarabağda gedən müharibəyə sərf olunub. Bütün bunlar ermənilərin ruslara münasibətini müsbətə doğru dəyişə bilmişdimi? Xeyr. Yerevanın mərkəzində “İvan, çamadanını götür, evə get”, “İvan, şinelini götür, get evinə” şüarları səslənirdi. Ermənistanda rus dilinə, mədəniyyətinə qarşı aparılan kampaniya Baltikyanı ölkələrdəkindən kəskin idi. SSRİ-də terror nadir hallarda olurdu. Belə hallardan biri ermənilərin Moskva metrosunda partlayış törətməsi idi. Məsələyə bir qədər də dərindən baxsaq, ermənilərin ruslara ilk xəyanəti Tehranda çar Rusiyasını səfiri Qriboyedovun qətlə yetirilməsində iştiraklarından başlamışdı. ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinə azadlıq və Ermənistana müstəqillik tələbi ilə Moskvanı məktub atəşinə tuturdu. O zaman bu proseslərin hamısında Sovet İttifaqının, sonradan Rusiyanın elitasına daxil olan şəxsləri iştirak edirdilər. Kreml nə vaxt istəsəydi, bu ardıcıllığı poza bilərdi, amma pozmadı. Çünki özünün də marağı var idi: Rusiya elitası dünya erməniliyinin siyasi dəstəyindən və maliyyəsindən asılı vəziyyətdə idi. Ona görə sonda gəlib belə vəziyyətə çıxdı… SSRİ-nin mövcudluğu ilə bağlı keçirilən referendumda Ermənistan əleyhinə səs verdi. Ona bu qədər yaxşılıqlar edən dövlətin məhvini istəyən xalq Rusiyaya sadiq ola bilərdimi? Buna inanmaq üçün ya çox sadəlövh, ya da çox optimist olmaq lazımdır. Rusiya rəhbərliyi bunlardan hansıdır, qoy özü desin… Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Xeberxetti.com üçün

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

    06 Dekabr 2023

    Samuxda silah-sursat tapıldı – Foto

    06 Dekabr 2023

    Azərbaycan və İran XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

    06 Dekabr 2023

    Qəzzada ölənlərin sayı 16 min nəfəri keçdi

    06 Dekabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

    06 Dekabr 2023

    İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir – CANLI YAYIM

    06 Dekabr 2023

    Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək

    06 Dekabr 2023

    Samuxda silah-sursat tapıldı – Foto

    06 Dekabr 2023

    Azərbaycan və İran XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

    06 Dekabr 2023

    Qəzzada ölənlərin sayı 16 min nəfəri keçdi

    06 Dekabr 2023

    Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər – VİDEO

    06 Dekabr 2023

    Nizami Kino Mərkəzi rejissorun qonorarı ilə işıq pulunu ödəyib – “Onların yerinə mən utandım”

    06 Dekabr 2023

    Sumqayıt sakini yüksək doza narkotikdən ölüb

    06 Dekabr 2023

    Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb

    06 Dekabr 2023

    Şəhidin həyat yoldaşı: “O şəhid olandan 7 gün sonra əkizlərimiz dünyaya gəldi” – VİDEO

    06 Dekabr 2023

    Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar

    06 Dekabr 2023

    Səfirimiz ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

    06 Dekabr 2023

    MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq

    06 Dekabr 2023

    İsrail Qəzzada əməliyyatların üçüncü mərhələsinə start verdi

    06 Dekabr 2023

    Altı ukraynalı uşaq Rusiyadan ölkəsinə qaytarılıb

    06 Dekabr 2023

    Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

    05 Dekabr 2023

    Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

    05 Dekabr 2023

    BY_Aylin yoxsa Salmanın qızı Şəlalə?

    05 Dekabr 2023

    Prezidentin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

    05 Dekabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.