Tesla və Space X şirkətlərinin sahibi olan Elon Mask sosial media platforması X-in tezliklə ödənişli olabiləcəyini söyləyib. Xarici media xəbər verir ki, Maskın sözlərindən sonra şirkətdən rəsmi açıqlama verilməyib.Elon Mask iddia edib ki, botlarla və ya “avtomatlaşdırılmış” hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır. Mask sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçid edirik deyib. Mask bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.Mütəxəssislər bildiriblər ki, Mask düşünülməmiş açıqlama verib. Çünki sistem ödənişli olarsa X-in istifadəçilərinin sayı və reklam gəlirləri sürətlə azala bilər. BBC Maskın sözlərindən sonra daha ətraflı məlumat almaq üçün X ilə əlaqə saxlasa da, şirkətdən heç bir açıqlama verilməyib.
Mənbə
Xeberxetti.com