Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə “Xəbər Xətti”-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – hərbi qurum diqqətə çatdırıb.