Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.
Xeberxetti.com xəbər verir ki, bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla qarşılaşacaq.57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.Xeberxetti.com
Bənzər yazılar
Add A Comment