Xəbər Xətti

    İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur

    05 Oktyabr 2023

    Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

    05 Oktyabr 2023

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur

      05 Oktyabr 2023

      Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

      05 Oktyabr 2023

      “Kader bağları”nda yeni aktyor – FOTO

      05 Oktyabr 2023

      Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

      05 Oktyabr 2023

      Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

      05 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Şəhriyardan Aronyana cavab: “Məncə, sifarişli “gediş” etdin”
    Fakt

    Şəhriyardan Aronyana cavab: “Məncə, sifarişli “gediş” etdin”

    19 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da erməni şahmatçı Levon Aronyanın təxribatçı fikirlərinə cavab verib.
    Beynəlxalq qrossmeyster bununla bağlı özünün feysbuk səhifəsində paylaşım edib. “Levon, mən məhz düzünü yazmaq istəyirəm! Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur. Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və bunu imkan verməz. Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə, yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır. Levon, bilirsən ki, uzun illərdir ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərvərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi: canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax, bu əsl vəhşilikdir! Yəqin, dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda ABŞ-a qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq ABŞ-a getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlı, o cümlədən mənim valideynlərim 30 il əvvəl doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə doğma yurdlarından qaçqın düşüb. Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm, yenidən çox böyük məmnuniyyətlə səfər edərsən. Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə, sifarişli “gediş” etdin”. Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023

    Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

    05 Oktyabr 2023

    İkinci Gəncə terrorundan üç il ötür

    05 Oktyabr 2023

    “Ermənistan Qarabağa son 3 ildə 1 mlrd. dollardan çox yardım ayırıb” – Paşinyan

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda – VİDEO

    04 Oktyabr 2023

    Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023

    Vardanyanın ifadəsi dünyanı silkələyəcək – VİDEO

    04 Oktyabr 2023

    Bakıda qandonduran cinayət: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

    04 Oktyabr 2023

    Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

    04 Oktyabr 2023

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Sərdar Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul edib

    04 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.