Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
“Xəbər Xətti” axar.az-a istinadən bildirir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Givi Matçaraşviliyə 6:1 hesabı ilə qalib gəlib.
Finala adlayan M. Maqomedov həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com