Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.
Bu barədə Xeberxetti.com -a qurumdan bildirilib. Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır. 09:54 Bu gün saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətinin regional qrupundan Xeberxetti.com -a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.Faktla bağlı araşdırma aparılır. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment