Xeberxetti.com xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb. Qeyd edilir ki, o, Maliyyəbüdcə məsələləri və iqtisadiyyatın idarə edilməsi daimi komissiyasının sədri, Azad Vətən fraksiyasının rəhbəri Artur Arutyunyanı təxribatçı Ruben Vardanyanın yerinə təyin edib.
+++Bununla da separatçıların səhiyyə, ədliyyə, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və idman, sosial inkişaf və miqrasiya, ərazi idarəetməsi və infrastruktur, şəhərsalma, maliyyə və iqtisadiyyat nazirlərinin fəaliyyətinin əlaqələndirilməsi funksiyası Arutyunyana həvalə edilib.
Artur Arutyunyan 20 yanvar 1979cu ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.
Qeyd edək ki, bundan öncə qondarma dövlət naziri vəzifəsini Ruben Vardanyan daşımışdı. O, ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi nazir təyin edilməsi birmənalı qarşılanmadı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Tural Tağıyev
Xeberxetti.com