UEFA prezidenti Aleksander Çeferin etiraf edib ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə bitənə qədər Avropa yarışlarına qaytarılmayacaq.
“Xəbər Xətti” report-a istinadən xəbər verir ki, bu barədə “Sportklub” məlumat yayıb.
“Rusiya nə vaxta qədər Avropa rəqabətindən kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər”, – Çeferin bildirib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com