Xəbər Xətti

    “Əsgərana xoş gəlmisən!” – Video

    30 Sentyabr 2023

    Qarabağda döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

    30 Sentyabr 2023

    Taksidən istifadə edənlər üçün VACİB MƏLUMAT – Sabahdan…

    30 Sentyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Əsgərana xoş gəlmisən!” – Video

      30 Sentyabr 2023

      Qarabağda döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

      30 Sentyabr 2023

      Taksidən istifadə edənlər üçün VACİB MƏLUMAT – Sabahdan…

      30 Sentyabr 2023

      Ukrayna vətəndaşları Rusiyaya vizasız səfər edə biləcək

      30 Sentyabr 2023

      “Onu milliləşdirmək üçün bacım oğlu ilə nikaha apardım” – Şok açıqlama – VİDEO

      30 Sentyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»İdman»Şəhriyardan Aronyana: Sifarişli “gediş” etdin…
    İdman

    Şəhriyardan Aronyana: Sifarişli “gediş” etdin…

    18 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyana cavab verib.

    “Xəbər Xətti” bildirir ki, təcrübəli qrossmeyster bu barədə Feysbuk hesabında paylaşım edib:

    “Levon, mən məhz düzünü yazmaq istəyirəm!

    Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.

    Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və buna imkan verməz.

    Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə, yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.

    Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərvərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyini” nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax, bu əsl vəhşilikdir!


    Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.

    Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

    Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə sifarişli “gediş” etdin”.

    “Xəbər Xətti”

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “Onu milliləşdirmək üçün bacım oğlu ilə nikaha apardım” – Şok açıqlama – VİDEO

    30 Sentyabr 2023

    “Barselona” iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir

    29 Sentyabr 2023

    "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

    29 Sentyabr 2023

    UEFA "Qarabağ"ın kapitanını təbrik etdi – FOTO

    29 Sentyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Qarabağda döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

    30 Sentyabr 2023

    Tupak Şakurun qətlində şübhəli bilinən şəxs həbs edildi

    30 Sentyabr 2023

    Elon Mask Ərdoğanın dəvətini qəbul edib

    30 Sentyabr 2023

    Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var

    30 Sentyabr 2023

    Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib

    30 Sentyabr 2023

    Rusiya qeydiyyatlı avtomobillərin Norveçə girişi qadağan edilir

    30 Sentyabr 2023

    “Qarabağ” “Sumqayıt”ı məğlub edib

    30 Sentyabr 2023

    Baş nazir beynəlxalq foruma qatılacaq

    30 Sentyabr 2023

    Kürdəmirdə dava düşüb, xəsarət alanlar var

    30 Sentyabr 2023

    XİN: Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq

    30 Sentyabr 2023

    Livanda erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb

    30 Sentyabr 2023

    Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib

    30 Sentyabr 2023

    “Axmat” ukraynalı əsgərləri əsir götürdü

    30 Sentyabr 2023

    Ajda Pekkan Qənirə Paşayevadan yazdı – FOTO

    29 Sentyabr 2023

    XİN: “Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq” – FOTO

    29 Sentyabr 2023

    BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub

    29 Sentyabr 2023

    Avtomobil 76 yaşlı kişini vuraraq öldürüb

    29 Sentyabr 2023

    Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib

    29 Sentyabr 2023

    Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri – VİDEO

    29 Sentyabr 2023

    Baş Nazir Əli Əsədov Gürcüstana səfər edəcək

    29 Sentyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.