“Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib”.
Bu barədə “Xəbər Xətti”-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
“Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub. Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib”, – məlumatda deyilir.
NİİM təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı maarifləndirici videoçarxı təqdim edib:
“Xəbər Xətti”