Xəbər Xətti

    Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib – YENİLƏNİB

    03 Oktyabr 2023

    Cəmi 16 yaşı var, qiyməti 1 milyard avrodur

    03 Oktyabr 2023

    Emin Əmrullayev Eşqi Bağırova yüksək vəzifə VERDİ

    03 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib – YENİLƏNİB

      03 Oktyabr 2023

      Cəmi 16 yaşı var, qiyməti 1 milyard avrodur

      03 Oktyabr 2023

      Emin Əmrullayev Eşqi Bağırova yüksək vəzifə VERDİ

      03 Oktyabr 2023

      Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olundu

      03 Oktyabr 2023

      Hindli milyarder təyyarə qəzasında öldü

      03 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Musiqimizin GÜNÜ: Üzeyir bəyin ruhu şaddır?
    Manşet

    Musiqimizin GÜNÜ: Üzeyir bəyin ruhu şaddır?

    18 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    /* Desktop */

    .ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. İstədim mən də musiqi günündə son illər bəstələnən hitləri dinləyəndən sonra bu günün şərəfinə bir yazı yazım. Amma nə qədər axtardım, keyfiyyətli bir mahnı tapa bilmədim.

    Ümumiyyətlə, son illər səslənən mahnılar “çıkkıdı-çıkkıdı” səviyyəsindən o yana keçmir. İstər efirlərdə, istər səhnədə, istərsə də toyxanalarda. Mahnıların əksəriyyəti toyxana səviyyəsindədir. Müğənnilər trendə düşmək və toy tutmaq üçün mahnılar ifa edir ki, bu da Azərbaycan musiqisini bərbad duruma gətirib çıxarır. Bu işin bir tərəfi.
    Digər tərəfdən səslənən mahnılar bilmirsən ərəb musiqisidir, fars, yaxud da rus, hind… Əcnəbi ladlar üzərində ifa olunan mahnılarda Azərbaycan musiqisindən əsər-əlamət yoxdur. Bu tendensiya baş alıb gedir. Bu, yalnız mahnı yaradıcılığına aid deyil. İrihəcmli musiqilərimizlə də bağlı vəziyyət acınacaqlıdır.
    90-cı illərdən üzü bəri hitlər yaranmadığı kimi, opera və digər irihəcmli musiqi əsərləri də yaranmır. Kimsə irad tuta bilər ki, sənin xəbərin yoxdur, yaranır. Yaxşı, əgər yaranırsa, hanı o operalar, operettalar? Opera Teatrında nə qədər eyni səhnə əsərləri ilə mövsümü açıb-bağlamaq olar? Niyə “Arşın mal alan”, “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Koroğlu” kimi operalar yazılmır?
    Klassikanı qorumaq, saxlamaq ənənəsi gözəldir. Tamam, bunu anladıq. Amma yeni nəsil həm də yeni musiqilər dinləməlidir, zövqünü inkişaf etdirməlidir? Hansı mahnılarla? “Ay canı yanmış”, “Maral-maral”, “Səndən qəşəngi yoxdur-yoxdur”la? Bəstəkarları da qınamalı deyil. Qeyri-peşəkar, özü yazıb, özü bəstələyib, özü oxuyanların sayı o qədər artıb ki, hamısı da toy bazarına işləyir. Peşəkar bəstəkar da ən azı zəhmətinin haqqını almalıdır ki, nəsə bəstələsin.
    Vaxtilə dövlət sifarişi ilə operalar, mahnılar yazılırdı. Keyfiyyətli musiqinin də qarşılığı olaraq yüksək məbləğdə qonorar alırdılar. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqının səlahiyyətində olan bu məsələyə məhəl qoyan da yoxdur. Ona görə də qulağımız nə keyfiyyətli musiqi eşidir, nə də gözümüz irihəcmli səhnə əsərləri görür.
    Bu sadaladıqlarım hələ problemin bir hissəsidir. Necə deyərlər, jurnaldır. Buna görə də musiqimizin günündə bilmirsən sevinəsən, yoxsa, ağlayasan?
    Cəvahir

    /* Desktop */

    .ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    www.Xeberxetti.com

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Dünyada qlobal istiləşmənin TƏHLÜKƏLİ HƏDDİ: Azərbaycan hansı addımları atmalıdır?

    02 Oktyabr 2023

    Ermənilərin “partizan müharibəsi” BLEFİ: “Hər hansı bölgəmizdə terror bazasının yaradılması….”

    02 Oktyabr 2023

    Deputatın “matəm günləri” təklifinə REAKSİYA: “Bizə qələbə sevinci yaşadanların ailələrini…”

    02 Oktyabr 2023

    Bəxti “açılan” RƏQABƏT MƏCƏLLƏSİ: “Hər hansı şirkət bazarda hökmran mövqeyə malikdirsə…” – Millət vəkili

    02 Oktyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Rusiya XİN: “Moskva Bakı ilə işləyir”

    03 Oktyabr 2023

    Paşinyanla başlamadı: Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var.. | Mübariz Əhmədoğlunun yazısı

    03 Oktyabr 2023

    İranda daha bir məhbus edam edildi

    03 Oktyabr 2023

    Azərbaycan süni intellekt sahəsində ICESCO ilə əməkdaşlıq etmək istəyir

    03 Oktyabr 2023

    Rusiya-Azərbaycan birgə patrulu snayperlə atəşə tutulub

    03 Oktyabr 2023

    İlham Əliyev və Mehriban Əliyeva sərginin açılışında

    03 Oktyabr 2023

    Türkiyə Metsamor AES-in bağlanmasını tələb edir

    03 Oktyabr 2023

    Anqlikan Kilsəsinin dini rəhbəri mina təhdidləri barədə məlumatlandırılıb

    03 Oktyabr 2023

    Kadırovun qızı Çeçenistanın Baş nazirinin müavini olacaq

    03 Oktyabr 2023

    Zəfər tariximiz – Suqovuşan və Talışın işğaldan azad edilməsindən 3 il ötür

    03 Oktyabr 2023

    Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatına göz yummaq ikiüzlülükdür

    02 Oktyabr 2023

    Azərbaycan səfiri Belçikaya təşəkkür edib

    02 Oktyabr 2023

    Dünyada qlobal istiləşmənin TƏHLÜKƏLİ HƏDDİ: Azərbaycan hansı addımları atmalıdır?

    02 Oktyabr 2023

    “BMT nümayəndələrinə aydın oldu ki, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərini rəhbər tutur” – ŞƏRH

    02 Oktyabr 2023

    BMT: “Azərbaycan Xankəndidə məişət xidmətlərinin bərpasına hazırlaşır”

    02 Oktyabr 2023

    Xankəndidəki heykəlin gizli məqamları və rusların oradakı hərbi hissələri – VİDEO

    02 Oktyabr 2023

    Təcridxanaya tərlikdə narkotik keçirmək istədi

    02 Oktyabr 2023

    Payızın ortası bu bürclər üçün əsl sınaq olacaq

    02 Oktyabr 2023

    Fərman Qurbanlı: “Bərpa və yenidənqurma proseslərində dayanıqlı şəhərlərin qurulması nəzərdə tutulur”

    02 Oktyabr 2023

    Qərbi Azərbaycan Xronikası: “Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir” – VİDEO

    02 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.