“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
“Xəbər Xətti” AZƏRTAC-a istinadən bildirir ki, funksioner Konfrans Liqasının qrup mərhələsində Türkiyədə “Fənərbağça” və Danimarkanın “Norşellann” komandası arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 21-də İstanbulda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com