Braziliyada ferma işçisinin telefonu cibində partlayıb və onu yaquardan xilas edib.Xarici medianın bildirdiyinə görə, 40 yaşlı çoban fermadakı itlərinin niyə narahat olduğunu anlamağa çalışıb. Bu zaman o, yırtıcı hücumunun qurbanı olub.Ferma işçisinin yoldaşı böyük pişiyi bıçaqla vurmağa çalışsa da, cəhdi uğursuz alınıb. Xoşbəxtlikdən kişinin həyatı adi telefon sayəsində xilas edilib.Yaquar qurbanının ayağını dişləməyə başlayanda telefona toxunub və bu, heyvanın üzünün qarşısında litium-ion batareyasının partlamasına səbəb olub. Bu, gözlənilməz partlayışdan yaquar qorxaraq qaçıb.Təcili yardım briqadası kömək etmək üçün hadisə yerinə gəlib. Cihazın partladığı yerdə çobanın qolu sınıb və ayağından ikinci dərəcəli yanıq da daxil olmaqla, ətraflarından ciddi xəsarət alıb. Zərərçəkmiş əməliyyat və vəziyyətinin sonrakı monitorinqi üçün Korumbadakı klinikaya aparılıb.
Mənbə
Xeberxetti.com