Xəbər Xətti

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023

    Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

    05 Oktyabr 2023

    Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

    05 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Kader bağları”nda yeni aktyor – FOTO

      05 Oktyabr 2023

      Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

      05 Oktyabr 2023

      Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

      05 Oktyabr 2023

      Bu gün qətiyyətli addım atmalı olan üç bürc

      05 Oktyabr 2023

      ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

      05 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Adını fala baxaraq qoydu, sevdiyi qadına görə sürgün olundu – Ömrü həsrətlə keçən böyük Şəhriyar
    Ordan-Burdan

    Adını fala baxaraq qoydu, sevdiyi qadına görə sürgün olundu – Ömrü həsrətlə keçən böyük Şəhriyar

    18 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bu gün cisminin və ruhunun bütün zərrələri ilə Azərbaycan, türkçülük aşiqi olan böyük Şəhriyarın anım günüdür. Lent.az vətən torpağında qürbət ömrü yaşamış bu böyük şairin ömür yolu barədə maraqlı faktları təqdim edir. O əslində tibb üzrə ali təhsil almışdı, lakin öz dediyi kimi eşq onu şair eləmişdi. Öncə bu qovuşa bilmədiyi sevgilisinə duyulan nisgil idi, sonra Tanrıya. Ömrünün sonlarına yaxın dostlarından biri ondan soruşmuşdu:- Şair, eşq nədir?- Məni özünə aşiq etmiş o qız olmasaydı, indi həkim idim. Amma Şəhriyar olmayacaqdım. İnsan müxtəlif yaşlarda müxtəlif cür aşiq olur. Ömrünün sonunda başa düşür ki, bütün eşqlər Allaha imiş, bir ömür onu axtarırmış.Qısa qeyd: Onun əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi idi. 1906-cı ildə Təbrizin Başmeşə məhəlləsində hüquqşünas ailəsində doğulub. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb kollecində təhsil aldıqdan sonra notarius və bank işlərində çalışıb. 20 yaşından etibarən yazdığı türk və fars dilli şeirlərlə şöhrətlənib. Milli həmrəylik ideyasını təbliğ edən şairin yaradıcılığı qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zəngindir. Bütün ömrü boyu Şimali Azərbaycana can atan şairə bu torpaqları görmək qismət olmayıb. Bəs Şəhriyar adı haradan idi? O çox sevdiyi böyük şairlərin qəzəlləri ilə istixarə etməyi (fal açmağı) sevirdi. Özünə təxəllüs seçərkən sevdiyi şair Hafizin divanına üz tutur və bir neçə dəfə Şəhriyar sözü ilə qarşılaşır. Beləcə öz adını Şəhriyar qoyur. Şəhriyarın həyatında və yaradıcılığında çox sevdiyi bir qızın, Sürəyyanın böyük rolu olub.Sürəyya o qədər  gözəl idi ki, şair onu Pəri adlandırırdı. Sevgiləri qarşılıqlı idi. Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sürəyyanı ondan alıb ərə verməyə hazırlaşırlar. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyya gələ bilmir. Elə həmin gecə onun ən məşhur qəzəllərindən biri, “Behcətabad xatirəsi” qəzəli yaranır.“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,Gec gəlmədədir yar yenə, olmuş gecə yarı”.Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olur və onunla evlənir. Daha doğrusu atasından pul gücünə alır. Teymurtaş Sürəyyanın könlünün Şəhriyarda olduğunu bildiyi üçün şairi inqilabi şeir yazmaqda ittiham edib həbs etdirir, əslində məramı onu öldürtmək idi. Lakin Sürəyyanın yalvarışları ilə həbs olunmuş  Şəhriyarı sürgün elətdirməklə kifayətlənir. Şəhriyar sürgündə ikən Teymurtaş Sovet kəşfiyyatçıları tərəfindən zəhərlənib öldürülür. Şəhriyar hər söz düşəndə “Teymurtaşı mənim cəddim öldürdü” deyərmiş. Şəhriyarın ikinci ən məşhur “Yar qasidi” qəzəli də Sürəyyanın toy gününə həsr olunub.O, Sürəyyanı ömrünün sonuna qədər unuda bilmədi.Sürəyyadan sonra Şəhriyarın bütün əsərlərində yanğı, ağrı və kədər var. Deyilənə görə, Şəhriyar xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına gedib. Pərinin qucağında artıq süddən kəsilmiş bir uşağı da varmış. Şəhriyar həsrətindən solmuş Sürəyyasını görüb, bədahətən bir qəzəl deyir. “Sən öz cigər parəni də sütdən ayırmışsan, ancaq mən hələ də bildiyin səni sevən o dəli qanlıyam, hələ unudulmamışsan. Atan öz gövhərini altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı”.Şəhriyarın öz ana dilində şeir yazmasına anası Kövkəb xanım səbəb olub. O, “oğlum, o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deməklə oğlunun ruhunda inqilaba yol açır. Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində  Şəhriyar həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək,“Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa,Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!” deyir.Şəhriyarın 3 uşağının anası Əzizə gənc yaşda ölüb. Şəhriyar ondan sonra evlənməyib və çox mənəvi acılar çəkib.Şəhriyar soydaşı inqilabçı Pişəvərini sevmirdi. Bunun da səbəbi var idi. Pişəvərini Stalin dəstəkləyirdi və Təbrizdə çıxan “Azərbaycan” adlı qəzetin hər nömrəsinin ilk səhifəsində “millət atası” deyə Stalinin şəkli yer alırdı. Şəhriyar Stalini millət atası kimi görmürdü. Məşrutə inqilabı illərində ailəsi onu Heydərbaba dağının ətəklərindəki Xoşginab kəndinə, nənəsinin yanına göndərir. Bu, səfər sonralar  məşhur “Heydərbabaya salam” poemasının  yazılmasına səbəb olur.Şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyədə M.Ə.Rəsulzadə tanıtdırıb. M.P.Vaqifin 250 illik yubileyində Azərbaycan Yazıçılar İttifaqı Şəhriyarı Bakıya dəvət edib, lakin ona süni əngəllər yaradılıb və şairin böyük arzusu həyata keçməyib.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023

    Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

    05 Oktyabr 2023

    Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

    05 Oktyabr 2023

    Bu gün qətiyyətli addım atmalı olan üç bürc

    05 Oktyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023

    İkinci Gəncə terrorundan üç il ötür

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda – VİDEO

    04 Oktyabr 2023

    Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023

    Vardanyanın ifadəsi dünyanı silkələyəcək – VİDEO

    04 Oktyabr 2023

    Bakıda qandonduran cinayət: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

    04 Oktyabr 2023

    Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

    04 Oktyabr 2023

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Sərdar Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul edib

    04 Oktyabr 2023

    Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşüb

    04 Oktyabr 2023

    Tələbə təqaüdlərində ARTIM GÖZLƏNTİSİ: “Motivasiyanın daha da gücləndirilməsi üçün…”

    04 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.