Mərakeşdə 6.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.Bu barədə “Reuters” Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Əl Hauz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Mənbə
Xeberxetti.com