“Rusiya Prezidenti Uzaq Şərqə səfərləri zamanı praktiki olaraq üç gün yuxusuz qalır”.
“Xəbər Xətti” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamsı zamanı deyib.
O bildirib ki, Putin Rusiyanın mərkəzi hissəsinə nisbətən saat qurşaqlarının çox fərqləndiyi regionlara səyahət edərkən əksər hallarda yerli vaxta keçmir.
“O, Moskva vaxtı ilə yaşayır, yəni Moskvada gecə olanda da o işləyir”, – Peskov qeyd edib.
Həmçinin, Peskov əlavə edib ki, belə səfərlər adətən üç gün davam edir.
Mənbə
Xeberxetti.com