“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib. “Mənə ətraflı məktub göndərdi. Biz onunla əlaqə saxlayırıq, burada Ermənistanla heç bir problemimiz yoxdur, baş nazir Paşinyanla da heç bir problemimiz yoxdur, onunla daim əlaqə saxlayırıq”, – deyə o söyləyib.Onun sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: “Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil”. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment