Xankəndindəki qondarma qurum Azərbaycana qarşı təxribat törətmək məqsədilə səfərbərlik həyata keçirir.
“Xəbər Xətti” oxu.az-a istinadən xəbər verir ki, bunu təsdiq edən görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda diqqət çəkən digər məqam separatçıların terrorçuları mülki avtomobillərə doldurmalarıdır.
Görünür, bununla separatçılar təxribatlarını maskalamağa çalışır.