Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Xeberxetti.com xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Xeberxetti.com
Bənzər yazılar
Add A Comment