Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti üçün atılan imzaların həqiqiliyini təsdiq edib.
“Xəbər Xətti” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin komitə sədri İrakli Kadagişvili iclas zamanı çıxışında deyib.
“Yoxlama nəticəsində 80 deputatın imzasının həqiqiliyi müəyyən edilib”, – deyə komitə sədri bildirilib.
Xatırladaq ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb.
Mənbə
Xeberxetti.com