Qaradağ rayonunda yerləşən yataqxanada baş verən yanğın söndürülüb.Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.17:22Qaradağ rayonunda yataqxana yanır. Hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb. FHN-dən verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:“Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür”.
Mənbə
Xeberxetti.com