Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
“Xəbər Xətti” xəbər verir ki, Şarl Mişel bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı – Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi”, – Şarl Mişel qeyd edib.
Meeting with Turkish President @RTErdogan in the margins of @g20org.
Discussed full spectrum of EU-Türkiye relations, the Black Sea Grain Initiative and regional situation, notably Armenia-Azerbaijan.#G20India pic.twitter.com/q0BAayvgwU
— Charles Michel (@CharlesMichel) September 10, 2023