İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qalib gəlib.Qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.U-17-nin qollarını 81-ci dəqiqədə Ümid Səlimov, 89-cu dəqiqədə isə Emin Feyzullayev vurub. Bu komandalar arasında növbəti görüş sentyabrın 12-də baş tutacaq.
Mənbə
Xeberxetti.com