“İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”.Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir:“Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.
Mənbə
Xeberxetti.com