Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammitində sədrlik Braziliyaya təhvil verilib.
Xeberxetti.com xarici KİV-ə istinadən xəbər verir ki, G20 Liderlər Sammitinin yekun iclasında Hindistanın Baş naziri Narendra Modi rəmzi sədrlik toxmağını Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G20-nin müddətli sədrliyi Braziliyaya keçib. Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G20 dövr sədrliyi 2025-ci ildə Cənubi Afrikaya, 2026-cı ildə isə ABŞ-yə keçəcək. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment