Braziliya millisinin hücumçusu Neymar Boliviya yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda dubl edib və bu, braziliyalılara rəqiblərini 5:1 hesabı ilə məğlub etməyə imkan verib.
“Xəbər Xətti” Trend-ə istinadən bildirir ki, hazırda forvard Braziliya millisində 79 qola imza atıb. Bu göstəricidə o, millinin heyətində karyerasında 77 qol vuran əfsanəvi futbolçu Peleni ötüb.
Boliviya ilə matçda 17-ci dəqiqədə Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com