“Prezident Co Bayden administrasiyasının siyasəti ucbatından ABŞ 1929-1939-cu illərdə Böyük Depressiya zamanı olduğu kimi iqtisadi böhranla üz-üzədir”.
“Xəbər Xətti” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-nin eks-prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, indiki administrasiya 11,5 trilyon dolları boşa xərcləyib: “Bu, Amerikada hər ailədən alınan 88 min dollara bərabərdir. Bayden dövründə büdcə kəsiri sürətlə böyüyür. Bu il iki dəfədən çox artacaq. Biz banan respublikasına çevrilmişik. Sərhədimiz yoxdur. Ədalətsiz seçkilərimiz var”.
Mənbə
Xeberxetti.com