Xəbər Xətti

    Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib – YENİLƏNİB

    03 Oktyabr 2023

    Cəmi 16 yaşı var, qiyməti 1 milyard avrodur

    03 Oktyabr 2023

    Emin Əmrullayev Eşqi Bağırova yüksək vəzifə VERDİ

    03 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib – YENİLƏNİB

      03 Oktyabr 2023

      Cəmi 16 yaşı var, qiyməti 1 milyard avrodur

      03 Oktyabr 2023

      Emin Əmrullayev Eşqi Bağırova yüksək vəzifə VERDİ

      03 Oktyabr 2023

      Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olundu

      03 Oktyabr 2023

      Hindli milyarder təyyarə qəzasında öldü

      03 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»Erməni yalanına uyanlar: Adı fəaliyyətinə zidd olan Avropa Yaşıllar Partiyası – ŞƏRH
    Təhlil-analitika

    Erməni yalanına uyanlar: Adı fəaliyyətinə zidd olan Avropa Yaşıllar Partiyası – ŞƏRH

    08 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ermənistan və Xankəndidəki separatçı rejimin qalıqları Azərbaycanın Qarabağ bölgəsinin “blokadası” ilə bağlı əsassız iddiaları ilə beynəlxalq şou yaratmağa çalışır, məsələyə siyasi don geyindirməkdə davam edirlər. İrəli sürülən iddialar əsassız olsa da, rəsmi İrəvan havadarlarının köməyi ilə hər vəchlə məsələni gündəmdə saxlamağa çalışır. İttihamların yalan və çirkin erməni kampaniyasının tərkib hissəsi olduğunu sübut edən çoxsaylı faktlar ortadadır. Məsələn, artıq neçə gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə ərzaq məhsulları çatdırmağa çalışsa da, bu yük hələ də yolda qalıb və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziyə girişi gözləyir. Separatçı kəsim isə “acından ölərik, türkdən ərzaq qəbul etmərik” kimi şovinist fikirlər tirajlayır.
    Bütün bunlara rəğmən, ermənilərin hay-küy kampaniyasına dəstək verənlər tapılır. Onlar bu dəfə torlarına Avropa Yaşıllar Partiyasını salmağa müvəffəq olublar. Qurumun yaydığı bəyanatda iddia olunub ki, Azərbaycan Laçın yolunda Qarabağa “humanitar yardım” göstərilməsini bloklayır. Təşkilat vəziyyətin kritik olduğunu, rəsmi Bakının insan hüquqlarını pozduğunu iddia edib. Erməni təbliğatının növbəti şantaj kampaniyasına qoşulan qurum bölgədə vəziyyətin ağır olduğunu sübut edən heç bir fakt təqdim etmir. Bəli, ola bilsin müəyyən çətinliklər var. Lakin bunu kim yaradıb? Separatçılar və onların havadarları. Adi bir misal, təkcə bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməni sakinləri daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

    Adıçəkilən partiyanın bölgədə birtərəfli qaydada, heç bir alternativ mənbəyə istinad etmədən bəyanat yaymaqla qərəzli və obyektivlikdən uzaq olduğunu bu yaxınlarda Rusiya mediası da təsdiq edib. Lakin təəssüf ki, “Novoe vremya” qəzetinin bununla bağlı hazırladığı məqalə çox keçməmiş erməni lobbisinin təzyiqi ilə saytdan yığışdırılıb. Halbuki, sosial şəbəkələrdə yayılan və videolardan aydın olur ki, Qarabağda həyatdan zövq alan və heç bir çətinlik çəkmədən yaşayan ermənilər var. Müəyyən problemləri həll etmək üçün Azərbaycan dəfələrlə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etsə də, səyləri nəticəsiz qalıb.

    Görünən odur ki, Ermənistan Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiası puç olduqdan sonra növbəti dəstək kampaniyasına başlayıb və toruna da heç bir təsir gücü olmayan Avropa Yaşıllar Partiyasını salmağa müvəffəq olub. Bu qurum anlamır ki, Qarabağda bugünkü “humanitar vəziyyət”in yeganə günahkarı erməni separatçı rejimidir. Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və onu bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır.
    Qeyd edək ki, Avropa Yaşıllar Partiyası 2004-cü ildə Avropa Yaşıllar Partiyası Federasiyası bazasında təsis edilib. Əsasən, ətraf mühitin mühafizəsi, ekoloji təmizlik üzrə fəaliyyətini qurub. Bu qurum Azərbaycanın işğaldan azad olunan bölgələrində ekoloji vəziyyətlə bağlı bir dəfə də olsun bəyanat və yaxud Ermənistanı qınayan fikir ortaya qoymayıb. Əvəzində isə Azərbaycan və Türkiyəni hədəfə alaraq insan hüquq və azadlıqları sahəsində problemləri qabardıb. Təşkilat bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına isə tamamilə göz yumub.

    “Yaşıllar”ın iş fəaliyyətində Türkiyə də xüsusi rol oynayıb. Dəfələrlə rəsmi Ankaranın sərt tənqidi ilə yadda qalıblar, PKK terror təşkilatına qarşı mübarizəni pisləyən bəyanatlarla seçiliblər. Məsələn, Avropa Yaşıllar Partiyasının həmsədri Melani Foqel və partiyanın tanınmış simaları Mina Cek Tolu, eləcə də Vula Testsi Türkiyə hökumətini ölkə daxilində və kənarda kürd icmasına təzyiq göstərməkdə ittiham etməkdən də çəkinməyib. Qərəz o həddə çatıb ki, PKK terror təşkilatının siyasi qanadı HDP-yə dəstək verən Səlahəddin Dəmirtaşın azadlığını tələb edib. Təşkilat təmsilçiləri, həmçinin, son prezident və parlament seçkiləri ərəfəsində isə xalqın indiki hakimiyyəti dəstəkləmədiyini iddia edərək ona qarşı əks kampaniyaya start vermişdilər.
    Görünən odur ki, erməni lobbisindən yemlənən bu partiya ümid edir ki, ermənilərin maliyyə dəstəyi ilə uğur qazanacaq. Elə olmasaydı, ortaya heç bir fakt qoymadan, birtərəfli ittihamlarla çıxış etməyə çalışmazdılar.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Gorus aeroportu Ermənistanın yeni təxribatıdır – ŞƏRH

    14 Sentyabr 2023

    Putindən Ermənistan və separatçılara açıq dərs – Qarabağ Azərbaycandır! – ŞƏRH

    14 Sentyabr 2023

    Ermənistanın Rusiya təbii qazına alternativi – gözlənilən İraq sürprizi – ŞƏRH

    14 Sentyabr 2023

    Moskva artıq İrəvanın dostu deyil – Rusiya ermənilər üçün satqın dövlətə çevrilib – ŞƏRH

    14 Sentyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Rusiya XİN: “Moskva Bakı ilə işləyir”

    03 Oktyabr 2023

    Paşinyanla başlamadı: Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var.. | Mübariz Əhmədoğlunun yazısı

    03 Oktyabr 2023

    İranda daha bir məhbus edam edildi

    03 Oktyabr 2023

    Azərbaycan süni intellekt sahəsində ICESCO ilə əməkdaşlıq etmək istəyir

    03 Oktyabr 2023

    Rusiya-Azərbaycan birgə patrulu snayperlə atəşə tutulub

    03 Oktyabr 2023

    İlham Əliyev və Mehriban Əliyeva sərginin açılışında

    03 Oktyabr 2023

    Türkiyə Metsamor AES-in bağlanmasını tələb edir

    03 Oktyabr 2023

    Anqlikan Kilsəsinin dini rəhbəri mina təhdidləri barədə məlumatlandırılıb

    03 Oktyabr 2023

    Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

    03 Oktyabr 2023

    Kadırovun qızı Çeçenistanın Baş nazirinin müavini olacaq

    03 Oktyabr 2023

    Mövqelərimizə partlayıcı vasitələr atıldı

    03 Oktyabr 2023

    Zəfər tariximiz – Suqovuşan və Talışın işğaldan azad edilməsindən 3 il ötür

    03 Oktyabr 2023

    Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatına göz yummaq ikiüzlülükdür

    02 Oktyabr 2023

    Azərbaycan səfiri Belçikaya təşəkkür edib

    02 Oktyabr 2023

    Dünyada qlobal istiləşmənin TƏHLÜKƏLİ HƏDDİ: Azərbaycan hansı addımları atmalıdır?

    02 Oktyabr 2023

    “BMT nümayəndələrinə aydın oldu ki, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərini rəhbər tutur” – ŞƏRH

    02 Oktyabr 2023

    BMT: “Azərbaycan Xankəndidə məişət xidmətlərinin bərpasına hazırlaşır”

    02 Oktyabr 2023

    Xankəndidəki heykəlin gizli məqamları və rusların oradakı hərbi hissələri – VİDEO

    02 Oktyabr 2023

    Təcridxanaya tərlikdə narkotik keçirmək istədi

    02 Oktyabr 2023

    Payızın ortası bu bürclər üçün əsl sınaq olacaq

    02 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.