Türkiyədə bacısının öldüyünü zənn edən gənc qız eyni silahla intihar edib.Xarici KİV xəbər verir ki, Muş şəhərində gənc qız intihara cəhd edən 16 yaşlı bacısına mane olmağa çalışsa da, silahdan atəş açılıb. Bacısının vurulduğunu görən və şoka düşərək bacısının öldüyünü zənn edən 17 yaşlı qız eyni silahla özünü vurub. Nəticədə qız yerindəcə keçinib. Xəsarət alan bacısı isə, xəstəxanaya çatdırılıb və həyati təhlükəsinin olmadığı bildirilib.Fakt araşdırılır.
Mənbə
Xeberxetti.com