“Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəstəxanaya yerləşdirilmələrin sayının artması virusun bitməyəcəyini göstərir”.
Xeberxetti.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib. O bildirib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbiylə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır. “Bu kimi hallar göstərir ki, COVID-19 bizimlə olacaq və hələ də onunla mübarizə aparmaq üçün alətlərə ehtiyacımız olacaq”, – ÜST rəhbəri söyləyib. Onun sözlərinə görə, dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment