Xəbər Xətti

    Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

    05 Oktyabr 2023

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023

    Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

    05 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

      05 Oktyabr 2023

      “Kader bağları”nda yeni aktyor – FOTO

      05 Oktyabr 2023

      Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

      05 Oktyabr 2023

      Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

      05 Oktyabr 2023

      Bu gün qətiyyətli addım atmalı olan üç bürc

      05 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı ilə tanış olub – FOTO
    Siyasət

    Türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı ilə tanış olub – FOTO

    07 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə tanış olub.

    “Xəbər Xətti” xəbər verir ki, bu, Türkiyənin daxili işlər nazirinin Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşündən sonra baş tutub.

    K.Heydərov bildirib ki, iki qardaş ölkə arasında münasibətlər dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi uzaqgörənliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq bütün sahələrdə ildən-ilə genişlənir. Həm 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, həm də 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, həmçinin bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

    Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını xatırladan nazir, bu istiqamətdə qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə K.Heydərov qardaş ölkənin nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Bakıda keçirilən Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərin İkinci İclasında, habelə iclas çərçivəsində təşkil olunan beynəlxalq təlimdə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qüvvələrinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

    Nazir diqqətə çatdırıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Türkiyənin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq əlaqələri daim genişlənməkdədir.

    Türkiyə daxili işlər nazirinin ölkəmizə səfərinin qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə xüsusi töhvə verəcəyinə əminlik ifadə olunub.

    Ölkələrimizin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi və beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etməyə hazırlığının daha da yüksəldilməsi istiqamətində AFAD-la birgə təşkil edilən təlimlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    Ə.Yerlikaya Türkiyədə baş vermiş təbii fəlakətlər, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini xatırladıb.

    İki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən türkiyəli nazir Bakıda təşkil edilmiş Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının istər ikitərəfli, istərsə də çoxtərəfli formatda münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu mənada, iclas çərçivəsində təşkil olunmuş beynəlxalq təlimin gələcəkdə baş verə biləcək irimiqyaslı fövqəladə hadisələrlə birgə koordinasiyalı mübarizə üçün mühüm töhvə verəcəyinə əminlik ifadə edib.

    Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

    Görüşdən sonra türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olub.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023

    Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

    05 Oktyabr 2023

    İkinci Gəncə terrorundan üç il ötür

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda – VİDEO

    04 Oktyabr 2023

    Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023

    Vardanyanın ifadəsi dünyanı silkələyəcək – VİDEO

    04 Oktyabr 2023

    Bakıda qandonduran cinayət: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

    04 Oktyabr 2023

    Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

    04 Oktyabr 2023

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Sərdar Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul edib

    04 Oktyabr 2023

    Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşüb

    04 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.