Türkiyənin Ədirnə və Muğla şəhərlərində 119 miqrant saxlanılıb.
Xeberxetti.com xarici KİV-ə istinadən xəbər verir ki, Ədirnə Şəhər Jandarma Komandanlığı tərəfindən Mühacir Qaçaqçılığı ilə mübarizə çərçivəsində Bolqarıstana keçməyə cəhd edən 89 qanunsuz miqrant yaxalanıb. Saxlanılanlardan 55-i Suriya, 34ş-ü isə İraq vətəndaşıdır. Muğlanın Datça rayonunda isə Yunanıstan sahil mühafizəsi tərəfindən Türkiyə ərazi sularına qaytarılan 30 qanunsuz miqrant xilas edilib. Ölkəyə qanunsuz yollarla daxil olan miqrantlar ölkələrinə geri göndərilmək üçün Miqrasiya İdarəsinə təhvil verilib. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment