Xəbər Xətti

    İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur

    05 Oktyabr 2023

    Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

    05 Oktyabr 2023

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur

      05 Oktyabr 2023

      Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

      05 Oktyabr 2023

      “Kader bağları”nda yeni aktyor – FOTO

      05 Oktyabr 2023

      Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

      05 Oktyabr 2023

      Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

      05 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»“Soros”un Ermənistan planı işə düşüb: Anti-Rusiya kampaniyasının gerçək səbəbləri – ŞƏRH
    Təhlil-analitika

    “Soros”un Ermənistan planı işə düşüb: Anti-Rusiya kampaniyasının gerçək səbəbləri – ŞƏRH

    07 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ermənistanda aktiv şəkildə, faktiki olaraq indiyə qədər görünməmiş formada anti-Rusiya kampaniyasına start verilib. Baş nazir Nikol Paşinyanın İtaliya mediasında anti-Rusiya açıqlamaları ilə revanş götürən kampaniya pik həddə çatıb. Hakimiyyət xarici himayədarlarından aldığı əmr və tapşırıqları artıq aktiv şəkildə həyata keçirməyə başlayıb.
    Təsadüfi deyil ki, Nikol vaxtilə “Yelk” (ermənicə çıxış deməkdir- müəl.) blokunun müəllifi olub və indi də, görünür, hər vəchlə bu “çıxış” planını gerçəkləşdirməyə başlayıb. Hadisələrin xronologiyası da vəziyyətin nə qədər mürəkkəb olduğuna işarədir. Məsələn, baş nazir anti-Rusiya bəyanatını səsləndirir, dərhal da ölkənin NATO-ya üzvlüyü ilə bağlı məsələ ortaya atılır. Rəsmi İrəvan hər vəchlə bu informasiyanı təkzib etməyə çalışsa da, proseslərin gedişi bu xəbərin məqsədli şəkildə ortaya atıldığını göstərib. Çünki bunun ardınca Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi xəbəri yayıldı. Maraqlıdır ki, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qoşulmaqdan imtina edən İrəvan birdən-birə Rusiyanın əsas rəqibi ABŞ ilə birgə təlimlərə qoşulur…
    Nikol Paşinyan barədə müxalif media və siyasilərin gəldiyi qənaət bundan ibarətdir ki, bütün bunlar milyarder Corc Sorosun Ermənistanla bağlı planının reallaşmasından qaynaqlanır. NATO-ya üzvlük məsələsi də bunun tərkib hissəsidir. Erməni mediası yazır ki, Corc Soros rəsmi İrəvan qarşısında KTMT, MDB və Avrasiya İqtisadi İttifaqından çıxmaq tələbini qoyub. Bundan əlavə, erməni mediasında Ermənistanda yeni Atom Elektrik Stansiyasının (AES) inşası ətrafında qızğın müzakirələr gedir. “Hökumət komissiyası stansiyanın tikintisi ilə bağlı üç variant – Rusiya, Amerika və Cənubi Koreya variantını intensiv şəkildə öyrənir”, – deyə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bəyan edib. Rusiya layihəsi ilə yanaşı, Cənubi Koreya və ABŞ layihələrinin də gündəm olduğu qeyd edilsə də, daha çox sonuncu iki dövlətin layihəsinin keçə biləcəyi vurğulanır.

    Yeri gəlmişkən, Rusiyanın Ermənistanın son ittihamlarına dərhal cavab verməsi məsələnin Moskva tərəfindən ciddi qarşılanmasından xəbər verir. ABŞ-Ermənistan təlimlərinə sərt reaksiya verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib ki, Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur. “Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq”, – o vurğulayıb.
    Bir gün öncə isə Peskov açıqlamasında İrəvanı açıq-aşkar hədələyib. O, Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmağın mümkünsüzlüyünü və Rusiyanın bu regionun tamamilə ayrılmaz hissəsi olduğunu, ona görə də heç yerə gedə bilməyəcəyini bəyan edib. “Rusiya Ermənistanı tərk edə bilməz və Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər” fikirləri də bundan xəbər.

    Öz növbəsində Rusiya Prezidenti yanında beynəlxalq münasibətlər üzrə Şuranın üzvü, politoloq Boqdan Bezpalko “Sputnik Armenia”ya açıqlamasında bildirib ki, Ermənistanın təlim planı və KTMT üzrə xüsusi nümayəndənin Niderlandda səfir təyin edilməsi nümayişkaranə atılan addımdır: “Əvvəl iddia edildi ki, xüsusi nümayəndənin dəyişdirilməsi sadəcə yerdəyişmədir”.
    Lakin məsələ ondadır ki, bütün səfir və xüsusi nümayəndələr artıq bəlli olsa da, KTMT üzrə xüsusi nümayəndə təyin olunmayıb. Bu addımla da İrəvan Rusiyaya Qərbə inteqrasiya etdiyini göstərmək istəyir. Politoloqun sözlərinə görə, Nikol Paşinyan Rusiya ilə müttəfiqlik addımlarına zidd bir sıra nümayişkar addımlar atır. “Bu addımlar da Rusiya vektorunun Qərb vektoru ilə əvəzlənməsini simvolizə edilməsi deməkdir. Bu, erməni rəhbərliyinin Rusiya ilə əlaqələri kəsmək istəyindən xəbər verir. Ermənistanın KTMT-dən çıxmaq riski mövcuddur, lakin İrəvan rəsmən təşkilatdan çıxmayıb”, – deyən ekspert istisna etmir ki, bütün bu addımlar Kremli şantaj elementi kimi nəzərdən keçirilir.

    Beləliklə, Ermənistan hakimiyyətinin son anti-Rusiya bəyanatları, Qərb və onun strukturlarına inteqrasiya çağırışlarının artması təsadüfüdürmü? Təbii ki, yox. İrəvan artıq Kremlin orbitindən uzaqlaşmaq xəttini götürüb. Bu plan da Ermənistan hakimiyyətinin əsas sponsorlarından olan “Soros” fondundan gəlir. Belə ki, Avropada bütün mərkəzlərini bağlayan fond fəaliyyətini digər ölkələrə keçirib. Radikal addıma səbəb kimi də fondun layihələrinin Mərkəzi-Şərqi Avropa və postsovet məkanında uğursuzluqları göstərilir. Lakin Ermənistan istisnadır. Səbəb də odur ki, bu ölkədə “Soros”un dayaqları ən yüksək səviyyədə təmsil olunub. Baş nazirdən tutmuş digər rəsmilərə qədər əksər məmurlar ondan “yemlənir”, tapşırıqları ondan alır. Ara-sıra Ermənistanın KTMT-dən çıxması, Rusiya hərbi bazasının ölkədən çıxarılması kimi çağırışlar da bundan qaynaqlanır.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Gorus aeroportu Ermənistanın yeni təxribatıdır – ŞƏRH

    14 Sentyabr 2023

    Putindən Ermənistan və separatçılara açıq dərs – Qarabağ Azərbaycandır! – ŞƏRH

    14 Sentyabr 2023

    Ermənistanın Rusiya təbii qazına alternativi – gözlənilən İraq sürprizi – ŞƏRH

    14 Sentyabr 2023

    Moskva artıq İrəvanın dostu deyil – Rusiya ermənilər üçün satqın dövlətə çevrilib – ŞƏRH

    14 Sentyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023

    Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

    05 Oktyabr 2023

    İkinci Gəncə terrorundan üç il ötür

    05 Oktyabr 2023

    “Ermənistan Qarabağa son 3 ildə 1 mlrd. dollardan çox yardım ayırıb” – Paşinyan

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda – VİDEO

    04 Oktyabr 2023

    Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023

    Vardanyanın ifadəsi dünyanı silkələyəcək – VİDEO

    04 Oktyabr 2023

    Bakıda qandonduran cinayət: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

    04 Oktyabr 2023

    Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

    04 Oktyabr 2023

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Sərdar Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul edib

    04 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.