Polşa pilotsuz texnologiyaya sərmayə qoymağı, həmçinin Ukraynadakı döyüşlərin müşahidələri əsasında öz PUA-larını inkişaf etdirməyi planlaşdırır.
Xeberxetti.com xəbər verir ki, bu barədə Polşanın Ərazi Müdafiə Qüvvələrinin komandanı Vislav Kukula Defense One-a açıqlamasında məlumat verib. “Hər gün onların necə istifadə edildiyini təhlil edirik. Haubitsalara vurulan ziyanın çoxu pilotsuz təyyarələrin hücumları nəticəsində baş verib”, – Kukula deyib. Məlum olub ki, rəsmi Varşava PUA istehsalına “əhəmiyyətli sərmayə qoymağa” hazırlaşır, prioritet məsələ isə Polşanın öz dronlarının yaradılması olacaq. Komandan vurğulayıb ki, pilotsuz texnologiyaların köməyi ilə Polşa Rusiyanın canlı qüvvə və texnika baxımından “hədsiz imkanlarını” zərərsizləşdirməyi planlaşdırır. Tural Tağıyev Xeberxetti.com
Bənzər yazılar
Add A Comment