Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə diqqət çəkib.
“Xəbər Xətti” xəbər verir ki, o “Elgizlə izlə” verilişində maddi durumu zəif oaln bir ailədən danışıb. Sözügedən ailə Bakıda Pirallahı rayonunda yaşayır:
“Gənc oğlandır. Usta işləyir. Getdim qapılarını döydüm. Ailədə 8 uşaqdırlar. Anaları onlar üçün yemək bişirmişdi. Oturdular ki, yemək yesinlər. Evin ən böyük uşağı usta işləyəndir. Stol ətrafında boy sırası ilə əyləşmişdilər. Böyüyün 23 yaşı olar, ən kiçiyin isə yaşı yadımda qalmayıb.
Kasıb ailə idi. Anaları bir toyuq kəsib bişirib. Bu toyuğu da daha neçə yerə bölsünlər. Ata və ana ilə birlikdə 10 nəfərdirlər. Anaları yeməyi hamıya bölüb. Özünə yemək qalmayıb. Qazanın dibində qalan kartof dilimini götürüb üzərinə su əlavə edir çörəklə yeyir. Uşaq da gəlib deyir ki “Ana mən yemək yemək istəmirəm öz yeməyimi sənə verirəm””.
Ətraflı videoda:
“Xəbər Xətti”