ABŞ-nin vitse-prezidenti Kamala Harris lazım gələrsə, Prezident Co Baydenin yerini tutmağa hazır olduğunu deyib.
“Xəbər Xətti” xəbər verir ki, siyasətçi bu haqda “CBS News”a müsahibəsində danışıb.
“Bəli, ehtiyac yaranarsa. Amma Co Bayden daha yaxşı olacaq”, – deyə Kamala Harris vurğulayıb.
Qeyd edək ki, Harris daha əvvəl ABŞ Prezidentinin yaşının vəziyyəti müstəqil təhlil etməyə və siyasi qərarlar qəbul etməyə mane olmadığını bildirmişdi.
Mənbə
Xeberxetti.com