Bakı Kommersiya Məhkəməsində vətəndaş Ələsgərov Azad Qasım oğlunun “Araz Supermarket” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib. Qeyd: Vətəndaş Ələsgərov Azad Qasım oğlu “Araz Supermarket” MMC-ni məhkəməyə verərək müqavilələrin ləğv edilməsi barədə tələb irəli sürüb.
Mənbə
Xeberxetti.com