Xərçəngin müalicəsi üçün mRNT peyvəndi sınaqlarında çox ümidverici bir nəticə əldə edilib. İngiltərədə ağciyərində 6 şiş olan Adrian Taylora edilən peyvənd sayəsində şişlərdən 5-i yoxa çıxıb, ən böyüyü isə yüzdə 80 dərəcə kiçilib.Beləki, 2022-ci ilin sentyabrında Adrian Taylora ağır xərçəng diaqnozu qoyulub. Başında və boğazındakı xərçəng hüceyrələri müalicə ilə yox olub. Lakin ağciyərində əmələ gələn 6 yeni şiş böyüklüyü və çoc dərində yerləşməsi səbəbindən cərrahiyyə mümkün olmayıb. Həkimlər kimyaterapiyanın nəticə verməyəcəyini deyəndən sonra ölümü gözləyən Adrian Taylor könüllü olaraq eksperimental müalicəyə başlayıb.O, Liverpuldakı Clatterbridge Xərçəng Mərkəzində mRNA peyvəndi ilə bağlı araşdırmada iştirak edib. Həkimlər Adrian Taylorun şişindən nümunələr götürərək şişin böyüməsinə səbəb olan zülalları müəyyən ediblər. Daha sonra bu zülallardan ibarət mRNT peyvəndi istehsal ediblər. Adrian Taylora edilən peyvənd sayəsində immunitet sistemi zülalı “yad maddə” olaraq tanıyıb. Protein ehtiva edən xərçəng hüceyrələrinə hücum edib. Adrain Taylor may ayında 5 şişdən azad olub. Sadəcə ən böyük şiş qalıb. Onun da 4,6 millimetrə qədər kiçildiyi açıqlanıb.
Mənbə
Xeberxetti.com