Rusiya Federasiyası ilə İsrail arasında kino istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və İsrailin səfiri Aleksandr Ben Zvi imzalayıblar.”Biz indicə İsrailin Rusiyadakı səfiri cənab Aleksandr Ben Zvi ilə birgə film istehsalı sahəsində əməkdaşlıq haqqında ölkələrimiz arasında çoxdan gözlənilən hökumətlərarası sazişi imzaladıq”, – Lyubimova rəsmi “Teleqram” kanalında yazıb. O qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar 15 ilə yaxın davam edib.
Mənbə
Xeberxetti.com