Xəbər Xətti

    Sumqayıtda 90 yaşlı qadını maşın vurub öldürdü

    30 Sentyabr 2023

    Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi – FOTO

    30 Sentyabr 2023

    Livanda erməni təxribatı nəticəsində 25 polis xəsarət alıb

    30 Sentyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Sumqayıtda 90 yaşlı qadını maşın vurub öldürdü

      30 Sentyabr 2023

      Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi – FOTO

      30 Sentyabr 2023

      Livanda erməni təxribatı nəticəsində 25 polis xəsarət alıb

      30 Sentyabr 2023

      Ermənistana 99 min erməni keçib?

      30 Sentyabr 2023

      “Əsgərana xoş gəlmisən!” – Video

      30 Sentyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Hesablama Palatası Naxçıvan Dövlət Universitetində nöqsanlar aşkar edib
    Sosial

    Hesablama Palatası Naxçıvan Dövlət Universitetində nöqsanlar aşkar edib

    06 Sentyabr 2023Updated:07 Sentyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

    Hesablama Palatası Naxçıvan Dövlət Universitetində audit aparıb.

    Bu barədə “Xəbər Xətti”-ə Palatadan bildirilib.

    Auditin nəticələrinə əsasən təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Belə ki, universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

    Eyni zamanda təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilmiş, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

    Bu il yanvarın 1-nə qədər universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1 159 tələbə üzrə 6 milyon 069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.

    Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.

    Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

    Auditlə əhatə edilən illərdə universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.

    Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 1 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1 milyon 701 min manat debitor və 35 min 688 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıq gəlmənin uçota götürüldüyü nəzərə alınıb.

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi – FOTO

    30 Sentyabr 2023

    Taksidən istifadə edənlər üçün VACİB MƏLUMAT – Sabahdan…

    30 Sentyabr 2023

    Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib

    30 Sentyabr 2023

    DYP-dən yolları zibilləyən sürücülərə MÜRACİƏT – VİDEO

    29 Sentyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Ermənistana 99 min erməni keçib?

    30 Sentyabr 2023

    Qarabağda döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

    30 Sentyabr 2023

    Tupak Şakurun qətlində şübhəli bilinən şəxs həbs edildi

    30 Sentyabr 2023

    Elon Mask Ərdoğanın dəvətini qəbul edib

    30 Sentyabr 2023

    Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var

    30 Sentyabr 2023

    Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib

    30 Sentyabr 2023

    Rusiya qeydiyyatlı avtomobillərin Norveçə girişi qadağan edilir

    30 Sentyabr 2023

    “Qarabağ” “Sumqayıt”ı məğlub edib

    30 Sentyabr 2023

    Baş nazir beynəlxalq foruma qatılacaq

    30 Sentyabr 2023

    Kürdəmirdə dava düşüb, xəsarət alanlar var

    30 Sentyabr 2023

    XİN: Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq

    30 Sentyabr 2023

    Livanda erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb

    30 Sentyabr 2023

    Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib

    30 Sentyabr 2023

    “Axmat” ukraynalı əsgərləri əsir götürdü

    30 Sentyabr 2023

    Ajda Pekkan Qənirə Paşayevadan yazdı – FOTO

    29 Sentyabr 2023

    XİN: “Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq” – FOTO

    29 Sentyabr 2023

    BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub

    29 Sentyabr 2023

    Avtomobil 76 yaşlı kişini vuraraq öldürüb

    29 Sentyabr 2023

    Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib

    29 Sentyabr 2023

    Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri – VİDEO

    29 Sentyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.