Xərçəngin inkişafına təkan verən vitamin əlavələri məlum olub.Xarici mətbuat xəbər verir ki, İsveçin Karolinska İnstitutunun araşdırması göstərib ki, C və E vitaminləri kimi antioksidantlar xərçəng şişlərində qan damarlarının böyüməsini stimullaşdırır və onların yayılmasına kömək edir.Tədqiqatçılar antioksidanların şişlərin böyüməsində və yayılmasında gözlənilməz rol oynadığını iddia edirlər. Onların fikrincə, antioksidantlar oksigen sərbəst radikallarını bədənin hüceyrələrindən təmizləyir və oksidləşdirici stressin yaratdığı zərərin qarşısını alır. Oksidləşdirici stressin DNT-yə zərər verdiyi və döş, ağciyər, qaraciyər, kolon, prostat, yumurtalıq və beyin xərçəngləri də daxil olmaqla müxtəlif xərçənglərin inkişafını tənzimlədiyi məlumdur.
Mənbə
Xeberxetti.com