Əvvəllər Şəmkir, Gədəbəy, Sabunçu rayonlarında Hərbi Komissarlıqlarda Çağırış Rəisi vəzifəsini icra edən Namiq Orucov hazırda Əmircan qəsəbəsinin sakinləri ilə problemlər yaşayır…Əslən Şəmkirli olan Namiq Orucov adlı şəxs Suraxanı Rayon Hərbi Komissarlığında Çağırış Rəisi vəzifəsində işləyir. Əməkdaşlarımızın Suraxanı sakinləri ilə, daha doğrusu, Əmircan kənd sakinləri ilə apardıqları söhbət zamanı onların bildirdiyinə görə, vətəndaşlarla Suraxanı Hərbi Komissarlığının Çağırış üzrə cavabdeh olan nümayəndəsi Namiq Orucovdan böyük narazılıqları var. Namiq Orucov digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alıb. Amma vətəndaşlar bildirirlər ki, bizim pulumuz Namiq Orucov tərəfindən alınsa da, hal-hazırda övladımız Həqiqi Hərbi Xidmətdədir. Görünür, Namiq Orucov Arzu Rəhimovun işdən azad olunması ilə əlaqədar heç bir iş görə bilməyib, yaddaşında olan şəxslərin heç birinə köməklik göstərməsi mümkün olmayıb. Əldə etdiyimiz məlumatların birtərəfli dərc olunması üçün Suraxanı Rayon Hərbi Komissarlığına dəfələrlə zəng etsək də, bizi Namiq Orucovla əlaqələndirən olmadı. Amma biz redaksiya olaraq Namiq Orucova cavab haqqı tanıyırıq.
Mənbə
Xeberxetti.com