Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Xeberxetti.com a verilən məlumata görə, keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və əkilibbecərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞdə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.