Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

      28 May 2023

      Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

      28 May 2023

      Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

      28 May 2023

      Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

      28 May 2023

      Azərbaycan nefti bahalaşdı

      28 May 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Ramiz Mehdiyevin qara günə qoyduğu “metallom” biznesi…. – Rasim Məmmədovun nazir olmaq istəyən general qohumları və ya Kılıçdaroğlunun seçkisi…
    Ordan-Burdan

    Ramiz Mehdiyevin qara günə qoyduğu “metallom” biznesi…. – Rasim Məmmədovun nazir olmaq istəyən general qohumları və ya Kılıçdaroğlunun seçkisi…

    27 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Ramiz Mehdiyevin qara günə qoyduğu “metallom” biznesi….  - Rasim Məmmədovun nazir olmaq istəyən general qohumları və ya Kılıçdaroğlunun seçkisi…
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Qarabağ

    Təxminən 30 ildən artıqdır ki, Azərbaycanda  şərti olaraq metal mafiyası deyilən bir şəbəkə var. Bizim bu yazını yazmaqda məqsədimiz kimisə ittiham etmək deyil. Amma bu günədək cavabı tapılmayan xeyli suallar var. Hələ heç kim bu günədək demir ki, Bakı kimi böyük bir şəhərdə trolleybus xətləri niyə sıradan çıxarıldı..? Heç kim demir ki, sabiq spiker Rəsul Quliyevlə keçmiş nazir Ziya Məmmədov dəmir yolu relslərini kimə və neçəyə satdı..? Sovetdən qalma zavodlardakı milyon, bəlkə də milyard tonlarla “metallom” necə satıldı..? Sözün qısası, “metallom” məsələsi sadə məsələ deyil. Təsəvvür edirsiniz, Azərbaycanın rayonlarında az qala tonlarla metallom-hərbi sursat qalıqları tapılır. Amma bir nəfər demir ki, bu rayonlar döyüş bölgəsi filan deyil axı, hətta cəbhə zonası da deyil. Bu qədər hərbi sursat qalığı-mettallom bu rayonlarda necə tapıla bilər..? Biz əbəs yerə demədik ki, metal mafiyasının gəliri milyardlarla ölçülür. Bəli, müəyyən vaxtadək  bu sahədə müxtəlif şirkətlər faəliyyət göstərirdi. Amma illər öncə Prezident Aparatının o zamankı rəhbəri Ramiz Mehdiyev bu şirkətləri qara günə qoyaraq Azərbaycvandakı  qara metallurgiyanı ələ aldı, bu sahədə monopoliya yaratdı və “metal” məsələsini Rasim Məmmədova verdi. Biz sıradan çıxarılan şirkətlər, hətta Ramiz Mehdiyevin həbs etdirdiyi adamlar barədə danışmaq istəmirik. Təkcə onu qeyd edək ki, Ramiz Mehdiyevin himayədarı olduğu “Baku Steel Company”nin sahibi Rasim Məmmədov bu sahədə geniş bir cinayətkar şəbəkə yaratmışdı. Hətta müxtəlif sahələrdən ayrı-ayrı şəxslərin oğurladığı metal əşyalar Rasim Məmmədovun zavoduna verilirdi. Bir nəfər soruşmurdu ki, bu metal əşyalar haradandır..? Hətta Ramiz Mehdiyevin qorxusundan bir sahə müvəkkili, polis işçisi bu məsələyə qarışmırdı. Hələ bu harasıdır..? Qoy İqtisadiyyat Nazirliyi, Vergi Dövlət Xidməti açıb ortaya qoysun ki, Rasim Məmmədovun zavoduna minlərlə saxta VÖEN-lə nə qədər metal satılıb.. Biz hələ Ramiz Mehdiyevin tapşırığı ilə neft sahəsindəki “metallom”un su qiymətinə Rasim Məmmədova  satılmasını demirik. Təsəvvür edirsiniz, Rasim Məmmədova görə, ölkəyə gətirilən qara metal tullantıları  gömrük rüsumundan azad edilib. Ki, Rasim Məmmədov milyonlar qazansın. Yəni az qala hamı Ramiz Mühdiyevin qorxusundan bu illər ərzində “Baku Steel Company”nin, yəni Rasimin marağını qoruyub. Rasimin təzyiqlərinə davam gətirməyən xeyli sayda iş adamı Azərbaycanı tərk elədi. Sözün qısası, ölkə metallurgiyasını qara günə qoyan Rasim Məmmədov hazırda həbsxana həyatı yaşayır. Amma onun məhkəmədə dedikləri ciddi  təhlil mövzusudur. Belə ki, Rasim Məmmədov məhkəmədə açıq şəkildə deyir ki, filankəsə 10 milyon verdik, başqa birinə  5 milyon verdik… Bir soruşan yoxdur ki, bu pulları sən haradan almışdın…? Bir deyən yoxdur ki, 70 milyon dəyərində  əmlakı necə əldə etmisən, ay Rasim..? Rasim Məmmədov məhkəmədə açıq şəkildə deyir ki, Dövlət Əmlak Komitəsinə 10 milyon vermişəm… Bu adamın məhkəmədə özünü təkəbbürlə aparması başqa bir yazının mövzusudur. Amma  daxil oaln məlumatlara görə, Rasim Məmmədovun  özünü məhkəmədə belə arxayın aparmasının səbəbləri var. Belə ki, Rasimin xeyli sayda qohumu hazırda da yüksək vəzifələrdə çalışırlar. Hətta Rasimin qohumları arasında generallar da var.  Onlar təqaüd  yaşını keçsələr də hələ də nazir olmaq həvəsi ilə yaşayırlar. Yaxın zamanda Rasim Məmmədovun özündən razı olmasının səbəbini və yaxın qohumlarının çevrəsini açıqlayacağıq.P.S. Biz hörmət xatirinə həmin generalın adını çəkmirik. Amma Ramiz Mehdiyevin bütün qohum-əqrabasını dövlətçiliyimizə zərər vuran şəxslər kimi tanıyıram. Deyirəm ay Ramiz Mehdiyev Gəncədəki klinikanın bəzi işçilərini kürəkənin Türkiyəyə ezam etmişdir. Bilmirsən nə işdir? Birdən Kılıçdaroğlunun qonağı olarlar bilmərsən.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023

    Azərbaycan nefti bahalaşdı

    28 May 2023

    Ötən gün yol qəzalarında 4 nəfər ölüb

    28 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

    28 May 2023

    “İstəSən” tarifində yenilik

    28 May 2023

    Azərbaycan Prezidenti Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

    28 May 2023

    Xəbər Xətti – ABŞ-nin defolt tarixi dəyişdi

    28 May 2023

    Ölkə başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

    28 May 2023

    Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib

    28 May 2023

    Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər

    28 May 2023

    Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

    28 May 2023

    Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

    28 May 2023

    Azərbaycanda Müstəqillik Günüdür

    28 May 2023

    Xəbər Xətti – Zaqatalada barama istehsalında vəziyyət necədir?

    27 May 2023

    Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı tunellər, Kəlbəcər-Laçın avtomobil yolundakı işlərlə tanış olub

    27 May 2023

    Fransa prezidenti İlham Əliyevi təbrik edib

    27 May 2023

    İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib – FOTO

    27 May 2023

    Gürcüstanda dəmiryolu qəzası: Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb

    27 May 2023

    Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

    27 May 2023

    Dövlət başçısı “Laçın” şəhər yarımstansiyasının açılışını edib

    27 May 2023

    Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

    27 May 2023

    Sağlamlığı təhlükə altına atan moda

    27 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.