Xəbər Xətti

    Milyarder iş adamının qızı və nəvəsi təyyarə qəzasında öldü

    06 İyun 2023

    Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

    06 İyun 2023

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu həftə ödəniləcək

    06 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Milyarder iş adamının qızı və nəvəsi təyyarə qəzasında öldü

      06 İyun 2023

      Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

      06 İyun 2023

      Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu həftə ödəniləcək

      06 İyun 2023

      Kaxovka SES partladıldı – Daşqın gözlənilir – Video

      06 İyun 2023

      Öncəgörücülük qabiliyyəti yüksək olan BÜRCLƏR – Onlar bəzən hər şeyi öncədən hiss edir

      06 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Hüseyn Şəhbazinin edam riski ilə bağlı xəbərdarlıq
    Fakt

    Hüseyn Şəhbazinin edam riski ilə bağlı xəbərdarlıq

    27 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    17 yaşında həbs olunan 22 yaşlı Hüseyn Şəhbazi edam riski ilə üz-üzədir. Beynəlxalq Amnistiya təşkilatı İranın məhkəmə hakimiyyətinin rəhbərinə və Avropa İttifaqındakı səfirliyinə ünvanladığı məktubda bununla bağlı xəbərdarlıq edib.
    Xeberxetti.com xəbər verir ki, Şahbazinin edam hökmünün ədalətsiz məhkəmə yolu ilə və işgəncə altındakı etirafına əsaslanaraq verildiyini vurğulayan təşkilat dünya ölkələrindən İrandan bu edamı dayandırmağı tələb etməyə çağırıb. Əvvəllər ictimai etirazlara görə Şəhbazinin edam müddəti 4 dəfə gecikdirilsə də, məktubda İranın uşaqlara qarşı ölüm hökmləri çıxarmaqla beynəlxalq qanunları pozduğu qeyd olunub. Hüseyn Şahbazi 2019-cu ilin yanvarında həbs olunduqdan sonra Şirazda vəkillə görüşdən məhrum edilərək 11 gün həbsdə qalıb. Sonra işgəncə altında etiraflar əsasında Fars vilayətinin cinayət məhkəməsi tərəfindən adam öldürmə ittihamı ilə ölüm cəzasına məhkum olunub. İranın Ali Məhkəməsi qərarla bağlı verilən apellyasiya şikayətini təmin etməyib. “Amnesty İnternational” təşkilatı Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanı pozan İranın yetkinlik yaşına çatmamış cinayət törədən şəxsləri edama göndərməkdə davam etdiyini bildirir. Uşaqların edam edilməsi və onların hüquqlarının ciddi şəkildə pozulması ilə yanaşı, inqilabi qiyamlar zamanı uşaqların öldürülməsi, işgəncə və cinsi təcavüzə məruz qalması səbəbindən də İran geniş miqyaslı beynəlxalq tənqidlərə məruz qalır. “Human Rights Watch” təşkilatının hesabatında hazırkı etirazların yatırılması zamanı İranın təhlükəsizlik qüvvələrinin uşaqları öldürdüyü, onlara işgəncə verib və cinsi təcavüzə məruz qoyduqları vurğulanır. Bu sənədə əsasən, İran hakimiyyəti uşaqlara cinsi istismar və işgəncə vermək üçün öz “amansız təhlükəsizlik qüvvələrini” sərbəst buraxıb. İran səlahiyyətliləri uşaqların valideynlərinə xəbər vermədən onların qanuni hüquqlarını pozaraq həbs, sorğu-sual və mühakimə edirlər. Hakimlər isə həmin uşaqların ailələrinə onları müdafiə etmək üçün öz seçdikləri vəkilləri tutmağa qadağa qoyurlar. Bundan əlavə,uşaqlar yeniyetmə məhkəmələrindən kənar, qeyri-müəyyən ittihamlarla mühakimə olunurlar. Xeberxetti.com Teqlər:

    İran
     

    xəbərdarlıq
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu həftə ödəniləcək

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya gedib

    06 İyun 2023

    Şəfiqə Nağıyevanı maşın vurdu

    06 İyun 2023

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

    06 İyun 2023

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu həftə ödəniləcək

    06 İyun 2023

    Kaxovka SES partladıldı – Daşqın gözlənilir – Video

    06 İyun 2023

    Öncəgörücülük qabiliyyəti yüksək olan BÜRCLƏR – Onlar bəzən hər şeyi öncədən hiss edir

    06 İyun 2023

    Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya gedib

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib

    06 İyun 2023

    Şəfiqə Nağıyevanı maşın vurdu

    06 İyun 2023

    Sabunçuda gənc oğlanı avtomobil vurub

    06 İyun 2023

    Haitidəki daşqında 42 nəfər öldü

    06 İyun 2023

    Ukraynada hava həyəcanı elan edildi

    06 İyun 2023

    Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

    06 İyun 2023

    Xəbər Xətti – Leonardo Di Kaprio özündən iki dəfə cavan modellə görüntüləndi

    06 İyun 2023

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023

    Türkiyənin yeni Müdafiə Sənayesi İdərəsinin sədri təyin edildi

    06 İyun 2023

    Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

    06 İyun 2023

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023

    Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

    06 İyun 2023

    İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub

    06 İyun 2023

    İstanbul valisi Davud Gül oldu

    06 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.