Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

      28 May 2023

      Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

      28 May 2023

      Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

      28 May 2023

      Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

      28 May 2023

      Azərbaycan nefti bahalaşdı

      28 May 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Bu tarixdə keçirilən imtahanların nəticələri elan EDİLDİ
    Ordan-Burdan

    Bu tarixdə keçirilən imtahanların nəticələri elan EDİLDİ

    27 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Bu tarixdə keçirilən imtahanların nəticələri elan EDİLDİ
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 14 may 2023-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.Bu barədə DİM-dən xəbər verilib.Nəticələri elan edilən imtahanlar aşağıdakılardır:- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;- kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı..1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər.4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər.Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14337 nəfərdən 1370 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 7 iyun 2023-cü il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 31 may saat 10:00-dan 2 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023

    Azərbaycan nefti bahalaşdı

    28 May 2023

    Ötən gün yol qəzalarında 4 nəfər ölüb

    28 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

    28 May 2023

    “İstəSən” tarifində yenilik

    28 May 2023

    Azərbaycan Prezidenti Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

    28 May 2023

    Xəbər Xətti – ABŞ-nin defolt tarixi dəyişdi

    28 May 2023

    Ölkə başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

    28 May 2023

    Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib

    28 May 2023

    Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər

    28 May 2023

    Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

    28 May 2023

    Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

    28 May 2023

    Azərbaycanda Müstəqillik Günüdür

    28 May 2023

    Xəbər Xətti – Zaqatalada barama istehsalında vəziyyət necədir?

    27 May 2023

    Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı tunellər, Kəlbəcər-Laçın avtomobil yolundakı işlərlə tanış olub

    27 May 2023

    Fransa prezidenti İlham Əliyevi təbrik edib

    27 May 2023

    İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib – FOTO

    27 May 2023

    Gürcüstanda dəmiryolu qəzası: Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb

    27 May 2023

    Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

    27 May 2023

    Dövlət başçısı “Laçın” şəhər yarımstansiyasının açılışını edib

    27 May 2023

    Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

    27 May 2023

    Sağlamlığı təhlükə altına atan moda

    27 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.