“NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı Bakıda görməyimizə şadam”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter“ hesabında bildirib.
“Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir”, – o qeyd edib.
Mənbə
xeberxetti.com