Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.Hazırda tibb müəssisəsinin Reanimasiya Şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili Tibbi Yardım Şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.Avtobus Şəkidən Bakı istiqamətində sərnişindaşıma ilə məşğul olub.14:19Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb ediliblər.Bununla bağlı TƏBİB məlumat yayıb.Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.Əlavə məlumat veriləcək.14:07Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların vəziyyəti məlum olubQəza zamanı 10 nəfər xəsarət alıb. Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan ikisinin durumu ağır olduğundan onlar Reanimasiya şöbəsində müalicə alırlar.13:32Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində “Sprinter” və “Mitsubishi” markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə zamanı yaralanan şəxslərin olduğu və onların Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilib. Qəzanın görüntülərini təqdim edirik:
Mənbə
Xeberxetti.com